EN

“1991-ci il sərhədlərini bərpa etmək üçün kifayət qədər qüvvəmiz yoxdur” –ZELENSKİ

Ukrayna 1991-ci ildə olan sərhədlərini bərpa etmək üçün kifayət qədər qüvvəyə sahib deyil.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News”a müsahibəsində bildirib.

“Başa düşürük ki, hazırda silah gücü ilə Rusiyanı 1991-ci ildə olan sərhəd xəttinə qaytarmaq üçün kifayət qədər gücümüz yoxdur”, – Zelenski qeyd edib.

Onun sözlərinə görə, Kiyev itirilmiş ərazilərdən imtina etmək niyyətində deyil, lakin köhnə sərhədlərə çatmağın mümkünsüzlüyünün fərqindədir.

Chosen
15
4
azpost.info

5Sources