EN

Sevgi ilə xoşlanmaq arasındakı əsas fərqlər nələrdir?

"Sevgi ilə xoşa gəlmək arasında fərq çoxdur. Lakin bunlar bir çox insan tərəfindən qarışdırılır".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, sevgi ilə xoşlanmaq tamam fərqli anlayışlardır:

"Biz gördüyümüz insanı xarici görünüşünə görə də bəyənə bilərik. Onun səsini, simasını, bədən quruluşu və ya rəftarını bəyənmək olar. Bu, xoşa gəlmək deməkdir. Lakin eşq qarşımızdakı şəxsi görünüşünə görə deyil, bütövlükdə onu sevməyimizdir. Bu isə sevgidir". 

Ekspert sevgi ilə xoşlanmağın digər fərqlərindən də bəhs edib:

"Xoşlanmaq dedikdə, qarşımızdakı insanı fərd olaraq qəbul edirik. Onun hansısa xüsusiyyəti çox xoşumuza gələ bilər, lakin bunun zamanla keçməsi, azalması da mümkündür. 

Ancaq sevgi elə bir şeydir ki, insanın bir xüsusiyyətini deyil, onu tamamilə sevirik. Hətta bəzi insanlardan sevgilisini nə üçün sevdiyini soruşduqda, səbəbini bilmədiyini söyləyir. Əslində, bu, reallıqdır. Çünki insan sevdiyi şəxsi bütün olaraq qəbul edir və onu hər şeyi ilə sevir". 

362905

Psixoloq onu da əlavə edib ki, xoşumuza gələn insanın öhdəçiliyini öz üzərimizə almarıq:

"Yəni özümüzü ona qarşı məsuliyyətli hiss etmərik. Çünki ona qarşı sadəcə maraq hiss edirik. O maraq isə zamanla öyrənildikdən sonra itib gedə bilər. Ancaq sevdiyimiz insana qarşı məsuliyyət hiss edirik. Hər anında onun yanında olmağa, anlamağa çalışırıq". 

Nabat Mirzəyevanın sözlərinə görə, xoşlanmaq hissi zamanla sevgiyə çevrilə bilər:

"Lakin hər xoşumuza gələn insanı sevə bilmərik. Xoşlanmaq hissi zamanla bitir, sevgi isə gün keçdikdə daha da artır və möhkəmlənə bilər. Əsl sevgi bir növ bağlılıq və onu hər şeyi ilə qəbul etməkdir. Sevgi bütünlükdür, xoşa gəlmək isə insanın hansısa hissəsi və ya xarakteri ilə bağlı olur".

Pərviz

Chosen
35
50
hit.az

10Sources