EN

Orban Netanyahunun həbsinə order verilməsini səhv adlandırıb

Macarıstanın baş naziri Viktor Orban Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order verməsini səhv adlandırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.

Macarıstan lideri İsrailin baş nazirini ölkəyə dəvət etmək niyyətində olduğunu bildirib və ona təhlükəsizlik vəd edib. Orban BCM-nin həbs qərarına "ehtiram edilməyəcəyini" vurğulayıb.

BCM Netanyahu və Qalantı “ən azı 8 oktyabr 2023-cü il və 20 may 2024-cü il tarixləri arasında törədilmiş insanlığa qarşı cinayətlər və hərbi cinayətlər” üçün həbs qərarı çıxarıb. BCM-nin Məhkəməyəqədər Palatası İsrailin Roma nizamnaməsinin 18-ci və 19-cu maddələrinə əsasən irəli sürdüyü etirazları rədd edib.

Böyük Britaniya və İsveçrə Netanyahunu, eləcə də ölkənin keçmiş müdafiə naziri Yoav Qalantı həbs edəcəklərini vəd ediblər. Oxşar bəyanatlar Kanada və Hollandiyada da səslənib.

Onu da qeyd edək ki, son illər Avropa üstqurum təşkilatları hansı qərar verirlərsə, Oban onlara qarşı çıxır.

Musavat.com

 

Chosen
15
27
musavat.com

10Sources