EN

Onu ömürlük həbs cəzası gözləyir

İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin keçmiş mətbuat müşaviri Eliezer Feldstein məxfi məlumatları sızdırdığına görə ömürlük həbs cəzası gözləyir. Bu barədə "The Times of Israel” qəzeti yazır.

Onun sözlərinə görə, Feldstein əsas şübhəli hesab olunur. Bundan başqa, o, dövlət sirri təşkil edən sənədləri qanunsuz saxlamaqda ittiham olunur.

Nəşrin məlumatına görə, bu işdə daha bir şübhəli, adı açıqlanmayan İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan əsgərini 7 il həbs gözləyir.

Nəşrin yazdığına görə, ittihamnamədə Feldstein-in dörd hərbi kəşfiyyatçının vasitəçiliyi ilə İsrail Müdafiə Qüvvələrinin məlumat bazasından məxfi məlumatları əldə etdiyi və İsrailin baş nazirinin ofisinə göndərdiyi iddia edilir.

Qəzet məqaləsində deyilir ki, o, həmin sənədlərdən birini Bild-ə təhvil verib.

Aytac 
www.anews.az
Chosen
10
3
anews.az

10Sources