EN

PUTİN BİR DAHA ABŞ VƏ QƏRB DÖVLƏTLƏRİNƏ XƏBƏRDARLIQLA DEYİB Kİ, ƏGƏR...

Rusiyanın nüvə doktrinası barədə Vladimir Putinin məlum Fərmanı ABŞ və Qərb dövlətlərinin bir çoxlarında narahatlıq yaradıb...

Bu arada Putin ABŞ və Qərbin reaksiyasına susmayıb. Tezadlar.az "Ria Novosti"yə istinadla xatırladır ki, "ABŞ və onun NATO müttəfiqləri Rusiya ərazisində uzaqmənzilli raketlərdən istifadə etmək qərarı ilə eskalasiya kursunu davam etdirdilər", -deyən Vladimir Putin bildirib ki, Qərb ölkələri Rusiya ərazisində uzaqmənzilli dəqiqlikli silahların istifadəsinə icazə verdiklərini açıqlayıblar. Sitat: “Eskalasiya kursunu davam etdirən ABŞ və onun NATO müttəfiqləri daha əvvəl Rusiya ərazisində uzaqmənzilli dəqiqlikli silahların istifadəsinə icazə verdiklərini açıqlayıblar. Mütəxəssislər yaxşı bilirlər belə silahları istehsal edən ölkələrin hərbi mütəxəssislərinin birbaşa iştirakı olmadan istifadə etmək mümkün deyil”.

Putin əlavə edib ki, ABŞ 2019-cu ildə Orta Mənzilli Nüvə Qüvvələri haqqında Sazişi birtərəfli qaydada xitam verməklə səhvə yol verib. Putin əlavə edib ki, Rusiya münaqişənin gərginləşməsinə qəti cavab verəcək, ona qarşı hərbi kontingentini yaradan ölkələrin hakim elitaları bu barədə düşünməlidirlər: “Təcavüzkar hərəkətlərin eskalasiyası halında biz də qətiyyətlə və qarşılıqlı şəkildə cavab verəcəyik. Mən tövsiyə edirəm ki, öz hərbi kontingentindən Rusiyaya qarşı istifadə etmək planlarını həyata keçirən ölkələrin hakim elitaları bu barədə ciddi düşünsünlər”.

Beləliklə, dünya indi Ukraynada gedən müharibədən daha çox Rusiya ilə ABŞ arasında baş verə biləcək nüvə qarşıdurmasından daha çox qayğılıdır.

A.Məmmədli

Chosen
17
16
tezadlar.az

10Sources