EN

Ukrayna üçün raket istehsal edən şirkət rüşvətxorluqda günahlandırılır

Britaniya və Fransa hüquq-mühafizə orqanları Ukraynaya hərbi məhsullar tədarük edən müdafiə şirkəti "Thales"ə qarşı birgə antikorrupsiya araşdırmasına başlayıb.

Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın ciddi maliyyə pozuntuları ilə mübarizə xidmətinin (Serious Fraud Office, SFO) məlumatında deyilir.

Baş ofisi Parisdə olan şirkət korrupsiya, o cümlədən rüşvətxorluqda şübhəli bilinir.

"Thales UK" törəmə şirkətinin Böyük Britaniyada 7 mindən çox işçisi olan 16 zavodu var. Bu şirkət, Şimali İrlandiyanın Belfast şəhərindəki zavodda Böyük Britaniya hökumətinin Ukraynaya tədarük etdiyi çoxməqsədli "Martlet" raketləri və "Starstreak" daşına bilən zenit-raket komplekslərini istehsal edir.

(oxu.az)

Chosen
7
5
avtosfer.az

10Sources