EN

Konqresmen: "Tramp Ukraynaya kömək etməyə davam edəcək, çünki ABŞ uduza bilməz"

Nümayəndələr Palatasının Xarici Əlaqələr üzrə sədri Maykl Makkol əmin edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynanı dəstəkləməyə davam edəcək, çünki Vaşinqton bu münaqişədə uduza bilməz. 

HİT.az xəbər verir ki, bu barədə "European Truth" yazıb.

O, iddia edir ki, Çin münaqişənin inkişafını izləyir və Kiyevin müttəfiqlərinin necə hərəkət etdiyini müşahidə edir. Konqresmen hesab edir ki, Qərbin zəifliyi Pekini təcavüzə sövq edə bilər.

"Biz bu döyüşü uduzmağı gözə ala bilmərik", deyə Makkol bildirib.

Onun sözlərinə görə, Trampın dövründə Ukraynaya əlavə yardım üçün müxtəlif variantlar ola bilər. Söhbət kreditlərdən və Lend-Liz imkanlarından gedir.

Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bir sıra Avropa liderləri ilə telefonla danışaraq Ukraynanı müzakirə etdiyi, onlara rusiyalı həmkarı Vladimir Putin və Volodimir Zelenskinin "qələbə planı" barədə suallar verdiyi məlum olub.

Bundan bir qədər əvvəl Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən yazırdı ki, Avropa liderləri Trampın Ukrayna münaqişəsini Ukraynanın təslim olması ilə həll edəcəyini ehtimal etmirlər.

Samir
 

Chosen
81
16
hit.az

10Sources