EN

Dünya Bankı Ukraynaya 5 milyard dollara yaxın kredit AYIRDI

Dünya Bankı Ukraynaya 4,8 milyard dollar kredit ayırır.

Musavat.com Unian-a istinadən xəbər verir ki, müvafiq saziş bu gün Kiyevdə imzalanıb.

Ukrayna Maliyyə Nazirliyinin açıqlamasına görə, “Ukraynanın maliyyə naziri Sergey Marçenko və Dünya Bankının Şərqi Avropa məsələləri üzrə əməliyyat meneceri Kevin Tomlinson “Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlət xərclərinin dəstəklənməsi” (Ukraynada Sülh) layihəsi çərçivəsində kredit sazişi imzalayıblar. Müqavilə ABŞ və digər inkişaf tərəfdaşlarından 4,8 milyard dollar cəlb etməyi nəzərdə tutur".

Nazirliyin mətbuat xidməti xatırladıb ki, 2022-ci ildən başlayaraq ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukraynada Sülh layihəsi vasitəsilə Kiyevə 28 milyard dollardan çox qrant dəstəyi ayırıb.

Musavat.com

Chosen
4
1
musavat.com

2Sources