EN

Rəşad Nəbiyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevlə görüşüb.

Bizim.Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında hava nəqliyyatı, “ağıllı nəqliyyat” sistemləri və dəniz nəqliyyatı sahəsinin rəqəmsallaşdırılması üzrə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu istiqamətdə müvafiq işçi qrupunun yaradılması və bu çərçivədə müzakirələrin aparılması barədə razılığa gəlinib.

Bizim.Media

Chosen
28
12
bizim.media

10Sources