EN

Merkel Kiyevi danışıqlara təkbaşına qərar verməməyə çağırıb

Ukrayna böhranına diplomatik son qoymaq üçün Rusiya Federasiyası ilə danışıqlara başlamaq qərarı tək Kiyev verə bilməz. Bu fikri Almaniyanın keçmiş kansleri Angela Merkel “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

“Danışıqlar, əlbəttə ki, Ukraynanın başı üzərində aparıla bilməz, amma eyni zamanda, mən hesab edirəm ki, Ukraynanı dəstəkləyən bir çox ölkələr Kiyevlə böhranın diplomatik yolla həllini müzakirə etmək mümkün olduqda, Kiyevlə birlikdə qərar verməlidir. Bunu təkbaşına həll edə bilməz”, - deyə siyasətçi bildirib.

O, bu prosesin nə vaxt başlaya biləcəyinə cavab verməkdə çətinlik çəkdi. Merkel Almaniyanın iqtisadi maraqlarını rəhbər tutaraq “Şimal axını 2”dən imtina etmədiyini də izah edib. “Mən Almaniya iqtisadiyyatını yaxşı qiymətə qazla təmin etməyi öz vəzifəm hesab edirdim və indi biz enerji resurslarının yüksək qiymətinin Almaniya üçün hansı nəticələrə səbəb olduğunu görürük”, - deyə Merkel bildirib.

Oxuməni.az

Chosen
11
1
oxumeni.az

2Sources