EN

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olur

2024-cü ilin doqquz ayı ərzində ölkədə 9 min 500 iş yeri bağlanıb.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, orta hesabla hər ay 1 055 iş yeri bağlanır. Bu dövrdə bağlanan iş yerlərinin 37,9 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 34,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 65,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Bununla yanaşı, bu dövrdə ölkədə 69 min 600 yeni iş yerləri açılıb. Bu dövrdə yaradılan iş yerlərinin 92,8 faizi qeyri-dövlət sektorunda olub. Yeni açılan iş yerlərinin 11,9 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 87,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.

Əvəz Həsənov

Chosen
9
1
valyuta.az

6Sources