Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə “Qafqazinfo”ya FHN-in mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.