EN

İsrail və Livan razılığa gəldlər: Sazişin detalları

İsrail və Livan hərbi əməliyyatları dayandırmaq üçün şərti olaraq razılığa gəliblər.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, İsrailin hərbi-siyasi kabineti razılaşmanın şərtlərinə noyabrın 26-da baxacaq. Sazişə əsasən, ABŞ-nin rəhbərlik etdiyi nəzarət komitəsi yaradılacaq. Bu komitə sövdələşmənin icrasına nəzarət edəcək və mümkün pozuntuların aradan qaldırılması üçün tədbirlər görəcək.

ABŞ, həmçinin İsrailə Livan ərazisindən gələn təhdidlərə qarşı hərbi əməliyyatlar aparmaq üçün dəstək və zəmanət verəcək. Bu, "Hizbullah"ın sərhəd yaxınlığında hərbi mövcudluğunun bərpa edilməməsi və silah qaçaqmalçılığının qarşısının alınmasını əhatə edir.

Razılaşmaya görə, İsrail ABŞ ilə məsləhətləşmələr apardıqdan və Livan ordusunun təhlükələri aradan qaldırmadığı təqdirdə yenidən hərbi əməliyyatlara başlaya biləcək.

Tərəflər ABŞ vasitəçiliyi ilə İsrail ordusunun Livanın cənubundan çəkiləcəyi və Livan ordusunun sərhəd bölgələrində yerləşdiriləcəyi 60 günlük keçid dövrünü nəzərdə tutan atəşkəs sazişi layihəsini müzakirə edirlər. "Hizbullah" isə ağır silahlarını və birləşmələrini Litani çayının şimalına, sərhəddən 30 kilometr uzaqlığa köçürməlidir.

Chosen
28
50
qaziler.az

10Sources