Qazaxıstanın şərqində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.
OXU24.COM xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 23:42-də (Bakı vaxtı ilə saat 22:42-də) baş verib. Z
əlzələnin episentri Çin sərhədinə yaxın Jarkent şəhərindən 40 km məsafədə, zəlzələ ocağı 8 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, bir neçə saat öncə Türkiyədə 4,6 bal gücündə zəlzələ qeydə alınıb.