EN

AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video

Cənub Qaz Dəhlizi vasitəsilə Avropa Birliyinə Rusiya qazı daşınmır.
BUTA.TV xəbər verir ki, bu sözləri Avropa Komissiyasının iqlim və energetika məsələləri üzrə nümayəndəsi Tim Makfi Bakıya qarşı Rusiya qazının tədarükü ilə bağlı irəli sürülən iddialara cavab verərkən bildirib. "AB bazarlarına tədarükü təmin edən Cənub Qaz Dəhlizi yalnız Azərbaycanın qaz yataqları ilə bağlıdır və ölkənin daha geniş milli qaz sisteminə inteqrasiya olunmayıb. Bu səbəbdən Cənub Qaz Dəhlizi vasitəsilə Rusiya qazı AB-yə ixrac edilmir.

Son iki ildə Azərbaycan daxili istehlak üçün Rusiyadan ildə 1 milyard kubmetrdən az qaz idxal edib. Halbuki Azərbaycanın ümumi qaz ixracı təxminən 24 milyard kubmetr təşkil edir ki, bunun təxminən yarısı AB bazarlarına göndərilir. Dediyim kimi, Rusiya qazından imtina etmək məqsədimiz tamamilə aydındır və Azərbaycandan idxal olunan qazın mənşəyi də tam şəffafdır", – o, qeyd edib.

Chosen
1
2
buta.tv

10Sources