EN

Poqbanın qardaşı məhkəmə qarşısına çıxacaq

style='margin-bottom:10px;'>

"Yuventus"un keçmiş yarımmüdafiəçisi Pol Poqbanın böyük qardaşı olan Matias Poqba və digər beş nəfər məhkəmə qarşısına çıxacaqlar.

QOL.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Onlar 2022-ci ildə Poqbadan 13 milyon avro pul tələb etməkdə ittiham olunurlar.

Məhkəmə bu gün Parisdə keçiriləcək.

Xatırladaq ki, 2022-ci ilin yazında Pol Poqbanın qardaşı və onun uşaqlıq dostlarının da olduğu silahlı dəstə futbolçudan 13 milyon avro tələb etmişdi. Onlar oyunçudan bu məbləği bir neçə aya ödəməsini istəyiblər. 

Chosen
12
1
teleqraf.com

2Sources