EN

Onlar Rusiya ilə nüvə müharibəsinə hazırlaşır - Medvedev

Ukraynaya nüvə silahı vermək təhlükəsinin Rusiya ilə nüvə müharibəsinə hazırlıq olduğu bildirilib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında açıqlama verib.

O, Qərbdə Ukraynaya nüvə silahı verilməsi məsələsinin gündəmdə olduğunu qeyd edib. Bunun "lazımsız" bir fikir olduğunu bildirən Medvedev Rusiyanın nüvə doktrinasının yeniləndiyinə diqqət çəkib:

"Kiyev administrasiyasına nüvə silahının çatdırılması təhlükəsi Rusiya ilə nüvə müharibəsinə hazırlıq kimi qiymətləndirilə bilər. Rusiyanın Nüvə Silahının qarşısının alınması Siyasəti Sənədinin 19-cu maddəsinə əsasən, bu cür silahların faktiki çatdırılması ölkəmizə hücuma bərabərdir".

Chosen
2
5
publika.az

6Sources