EN

Bakıda binada yanğın: 33 nəfər təxliyə olundu

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.   Manset.az FHN-ə istinadən xəbər verir ki, yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik naqilləri və 20 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 4-ü uşaq olmaqla 33 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Qalan sayğaclar və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
7
23
manset.az

10Sources