EN

Rusiya Ukraynaya PUA-lar və “Kalibr” raketi ilə zərbələr endirdi –ƏSAS HƏDƏF ENERJİ OBYEKTLƏRİ OLUB

Rusiya ordusu tərəfi PUA və bombardmançı təyyarələrdən istifadə etməklə Ukraynaya zərbələr endirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səhərə yaxın yeddi Tu-95MS strateji bombardmançı təyyarəsi səmaya qalxıb. Saat 05:03-də isə Rusiya tərəfi Qara dənizdən “Kalibr” raketi buraxıb.

 

Ukraynanın Energetika naziri German Qaluşenko enerji sektorunun hücuma məruz qaldığını bildirib: “Kütləvi raket və dron hücumu səbəbindən elektrik enerjisi kəsilib. Ukraynanın hər yerində enerji obyektlərinə hücumlar baş verir. “Ukrenergo” təcili olaraq fövqəladə elektrik kəsilməsini tətbiq edib”.

Chosen
3
11
senzor.az

10Sources