EN

14 yaşlı qız 12 yaşlı ərindən hamilə qaldı, polis hərəkətə keçdi - ŞOK HADİSƏ

Yekaterinburqda 14 yaşlı hamilə qız perinatal mərkəzə müraciət etdikdən sonra hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
 
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə URA.RU xəbər yayıb.
 
Məlumata görə, yeniyetmə qız hamiləliyin 9-cu həftəsində qeydiyyatdan keçib və 12 yaşlı sevgilisi ilə avqust ayında qaraçı adət-ənənələrinə uyğun ailə həyatı qurduğunu bildirib. Gənc cütlük uşağı planlı şəkildə dünyaya gətirmək qərarına gəlib.
 
“Mənbənin dediyinə görə, hər şey qarşılıqlı razılıq əsasında baş verib və bu, qızın ilk hamiləliyidir,” - deyə bildirilib.
 
Hadisə ilə bağlı polis araşdırma aparıb və materiallar Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə təqdim olunub. Komitə işin detallarını açıqlamaqdan imtina edib.
 
Hadisə Rusiyada erkən nikahlar və azyaşlıların hüquqlarının qorunması məsələlərini yenidən gündəmə gətirib.
 
Chosen
40
12
moderator.az

10Sources