EN

Mahsun Kırmızıgülə anasının dəfnində BÖYÜK HƏQARƏT - FOTOLAR

Xəbər veriyimiz kimi, məşhur müğənni və rejissor Mahsun Kırmızıgülün anası Faike Arık dünyasını dəyişib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, sənətçi acı xəbəri sosial media hesabından paylaşaraq anasını Diyarbəkirdə son mənzilə yola salıb. 

Kırmızıgül anasını son mənzilə yola salarkən göz yaşlarını saxlaya bilməyib. Səlahəddin Əyyubi Məscidinə dəfn mərasimi üçün gələn sənətçi burada selfie çəkdirmək istəyən şəxslərə görə çətin anlar yaşayıb. Yaxınlıqda olan vətəndaşlar bu şəxsləri uzaqlaşdırsa da, onların inadkar hərəkətləri təəccüb doğurub.

Qeyd edək ki, Mahsun Kırmızıgülün dünən İstanbulda vəfat edən anası Faike Arıkın cənazəsi səhər saatlarında Diyarbəkirin Yenişəhər rayonundakı Səlahəddin Əyyubi Məscidinə gətirilib. Qılınan cənazə namazında CHP millət vəkilləri Mustafa Sarıgül, Sezgin Tanrıkulu, aktyor Zəkəriyyə Karakaş və çoxsaylı insanlar iştirak edib.

Dəfn mərasimindən görüntülər:

Musavat.com

Chosen
60
4
musavat.com

7Sources