EN

HƏMAS-dan Suriyada hakimiyyət dəyişikliyini reaksiya: Böyük uğurdur!

Fələstin hərəkatı ölkədə baş verən son hadisələri “Suriya xalqının azadlıq və ədalətə nail olmaq yolunda uğuru” kimi qiymətləndirib.

Turkustan.az xəbər verir ki, Fələstinin Həmas hərəkatı Suriyada hakimiyyət dəyişikliyini alqışlayıb və ölkədə baş verən son hadisələri “Suriya xalqının azadlıq və ədalətə nail olmaq yolunda uğuru” kimi qiymətləndirib. Müvafiq bəyanat HƏMAS-ın Telegram kanalında dərc olunub.

Sənəddə deyilir: “Biz Suriya xalqını azadlıq və ədalət istəklərinin uğurla həyata keçirilməsi münasibətilə təbrik edir və suriyalıların ifadə azadlığı, müstəqillik və siyasi seçim hüquqlarını dəstəkləyirik”. HƏMAS həmçinin, İsrailin Suriya torpaqlarını işğal etmək üçün həyata keçirdiyi təcavüzü pisləyib.

Dekabrın 9-da HƏMAS-ın müttəfiqi Fələstin İslami Cihad hərəkatı Suriyada baş verən hadisələri Suriya xalqının seçimi və yalnız ölkənin daxili işi hesab etdiyini açıqlayıb. Radikallar həmçinin ümidlərini ifadə ediblər ki, “Suriya əvvəlki kimi Fələstin xalqının və onun haqq işinin əsl tərəfdarı olaraq qalacaq”.

Aytən Yaşar/ Turkustan.az

Chosen
36
2
turkustan.az

4Sources