EN

HƏMAS Suriya xalqını TƏBRİK ETDİ

HƏMAS Suriya xalqını “azadlıq və ədalət istəklərinə nail olmaqda” əldə etdikləri uğurlara görə təbrik edib.

İnterpress.az xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilir. Bəyanatda vurğulanıb ki, fələstinlilər suriyalıları tam dəstəkləyir və Suriyanın birliyi və ərazi bütövlüyünə sadiq olduqlarını bir daha təsdiqləyirlər.

Xatırladaq ki, dekabrın 8-də üsyançılar Suriyada Əsəd rejiminin devrilməsini elan ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
33
1
interpress.az

4Sources