Misli Premyer Liqasının XVI turunun "Sumqayıt" - "Neftçi" oyununda xoşagəlməz hadisə baş verib.
Apasport.az xəbər verir ki, meydan sahiblərinin azarkeş qruplarından olan "Ultras Sumqayıt" matçboyu Samir Abasovun ünvanına təhqiramiz ifadələr səsləndirib.
Fan-klub bu gün məsələ ilə bağlı bəyanat yayıb. Bəyənatda azarkeşlərin mütəxəssisdən üzr istədiyi bildirilib:
“Sumqayıt” - “Neftçi” matçından öncə mətbuatda Samir Abasovun klubdan gedişi ilə bağlı xoşagəlməz fikirlər yayılmışdı. Onun komandanı çətin vəziyyətdə qoyub, pula görə “Neftçi”ni seçdiyi bildirilirdi. Bu, oyun zamanı çalışdırıcının ünvanına təhqiramiz ifadələr səsləndirməyimizə gətirib çıxardı. Qarşılaşmadan sonra hər şeyi aydınlaşdırdıq. Müəyyən oldu ki, Abasovun “Sumqayıt”dan ayrılmasında heç bir günahı yoxdur. Biz məsələni yanlış anlamışıq. Bu səbəbdən mütəxəssisdən və ailəsindən üzr istəyirik".
Qeyd edək ki, görüş "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə nəticələnib - 2:0.
Ayxan Abbasov açıqladı: “Onlarla yolları ayırmışıq”
“Turan Tovuz”dan əzmkar qələbə - YENİLƏNİB
“Vest Hem”in futbolçusu əməliyyat olunub
Yeqor Xvalko: "Kəpəz"də nə baş verdiyini bilirəm"
Vadim Abdullayev: "Hər çətinliyin ardından gözəl günlər gəlir"