İngiltərənin "Liverpul" klubunun heyətində Çempionlar Liqasının qalibi olan Nabi Keyta Macarıstanın "Ferentsvaroş" komandası ilə müqavilə imzalayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, "ağ-yaşıllar"da icarə əsasında çıxış edəcək.
29 yaşlı yarımmüdafiəçi müqavilə ilə Almaniyanın "Verder" klubuna məxsusdur.
Qvineyalı futbolçu 2018-ci ildə "Liverpul"un heyətində UEFA Çempionlar Liqasının qalibi olub.