EN

Ağakərimlə bağlı ÜZÜCÜ XƏBƏR - VİDEO

“Ağakərimin vəziyyəti demək olar ki, yaxşı deyil. 7 ilə yaxındır ki, o, yataq xəstəsidir. Ağakərim nə otura, nə dura bilir”.

Bu sözləri meyxana ustadı Ağamirzə Məmmədov qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

60 yaşlı söz xiridarı bildirib ki, yataq xəstəsi olan həmkarı Ağakərimin qulluğunda övladları durur:

“Ağakərimə övladları baxır. Halal olsun onlara. Ağakərim insanları tanımır. O, illər əvvəl insult keçirib. Şəkər xəstəsidir, təzyiqi var”.

Meyxanaçı efirdə digər həmkarları ilə bağlı da danışıb. (Oxu.Az)

Chosen
815
1
musavat.com

10Sources