EN

Naxçıvanda keçirilən hərrac və müsabiqələrdən daxilolmalar 12,2 dəfə artıb

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclasında Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov iqtisadi aktivlik göstəriciləri, 2024-cü ilin büdcəsinin gəlirlərinin icra vəziyyəti və 2025-ci ilin proqnoz göstəriciləri barədə məlumat verib.   

Abbas İsmayılov bildirib ki, 2024-cü ilin 11 ayı ərzində hərraclarda kiçik dövlət müəssisələrinin satışından və qeyri-yaşayış sahələrinin satışından,  ümumilikdə 898,1 min manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 dəfə çoxdur.

Naxçıvanda hərracdan bələdiyyələrin gəlirləri 2,1 dəfə artıb

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclasında Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov iqtisadi aktivlik göstəriciləri, 2024-cü ilin büdcəsinin gəlirlərinin icra vəziyyəti və 2025-ci ilin proqnoz göstəriciləri barədə məlumat verib.   

Abbas İsmayılov bildirib ki, 2024-cü ilin 11 ayı ərzində keçirilən hərrac və müsabiqələrdən muxtar respublika büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 dəfə artaraq 1371,8 min manat, bələdiyyələr üzrə daxil olmalar isə 2,1 dəfə artaraq 409,7 min manat olub. 

Chosen
47
1
marja.az

3Sources