EN

Ölkənin xalis maliyyə aktivləri artdı

2024-cü ilin 9 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 1 milyard 390,9 milyon dollar artıb.

Yenicag.az Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (584 milyon dollar), portfel investisiyaları (724,5 milyon dollar) və digər investisiyalar (82,4 milyon dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2 milyard 179,6 milyon dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-235,6 milyon dollar), neft bonusu (457,8 milyon dollar), portfel investisiyaları (-960,6 milyon dollar) və digər investisiyalar (-1 441,2 milyon dollar) hesabına formalaşıb.

Chosen
35
6
yenicag.az

7Sources