EN

Alimlər ürəkdə "Mini Beyin" aşkar ediblər

Uzun illər ürəyin beyinə bağlı avtonom sinir sistemi vasitəsilə idarə olunduğu düşünülürdü. Ancaq araşdırmalar göstərdi ki, ürək divarındakı bu sinir şəbəkəsi düşünüldüyündən çox daha mürəkkəb bir quruluşa malikdir və ritm tənzimlənməsində müstəqil rol oynayır.

News24.az xəbər verir ki, İsveçin Karolinska İnstitutunun və ABŞ-ın Kolumbiya Universitetinin alimləri ürəyin öz sinir sisteminə malik olduğunu aşkar ediblər. 

Belə ki, "Mini beyin" adlanan müstəqil sinir sistemi ürəyin ritmini tənzimləyir.

Karolinska İnstitutundan dos. Dr. Konstantinos Ampatzis, "Beyin nəfəs alma və ya hərəkət kimi ritmik funksiyaları tənzimlədiyi kimi, bu kiçik beyin ürək döyüntüsünü idarə etməkdə mühüm rol oynayır" deyib.

Tədqiqat ürəkdə müxtəlif funksiyaları olan bir neçə növ neyron müəyyən edib. Bunlardan biri ürəyin "təbii stimulyatoru" kimi fəaliyyət göstərən bir qrup neyrondur. Bu kəşf ürək ritminin necə idarə olunduğuna dair mövcud baxışları dəyişdirir və yeni klinik üfüqlər açır.

Günel Məlikzadə


Chosen
36
3
news24.az

10Sources