EN

Tacikistanda Ulu Öndər Heydər Əliyevin anım mərasimi təşkil olunub

Müasir müstəqil Azərbaycanın qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Azərbaycanın Tacikistandakı səfirliyində anım mərasimi keçirilib.

Səfirlikdən bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə əklil qoyulub və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxış keçirilib.

Ölkəmizin Tacikistandakı səfiri Əlimirzamin Əskərov çıxışında görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yolundan, müasir Azərbaycan dövlətçiliyinin qurulmasında göstərdiyi mühüm və əvəzedilməz xidmətlərdən danışıb, onun səyləri nəticəsində respublikamızda vətəndaş qarşıdurmasının qarşısının alınması, sabitliyin bərpa olunması, ölkənin inkişaf yoluna qədəm qoyması barədə məlumat verib.

Dahi şəxsiyyət Heydər Əliyevin uğurlu siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasının və suverenliyinin tam bərqərar olması ilə nəticələndiyini, ölkəmizin sürətlə inkişaf edən, güclü və nüfuzlu dövlətə çevrildiyini vurğulayan səfir, həmçinin Ulu Öndərin Azərbaycan-Tacikistan münasibətlərinin inkişafında xidmətlərini diqqətə çatdırıb.

Tədbirdə Tacikistanda yaşayan azərbaycanlılar və xarici qonaqlar da iştirak ediblər.

Chosen
46
3
xalqqazeti.az

4Sources