EN

Aİ Bolqarıstan və Rumıniyanın Şengenə qoşulmasını təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurası Bolqarıstan və Rumıniyanın Şengen Sazişinə qoşulmasını təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

“Aİ Şurası 2025-ci il yanvarın 1-dən Rumıniya və Bolqarıstanın Şengen zonası ilə quru sərhədlərində nəzarətin ləğvini təsdiqləyib”, - sənəddə qeyd edilir.

2024-cü ilin martında Bolqarıstan və Rumıniya hava və su nəqliyyatında pasport nəzarətini ləğv edərək Şengenə qismən daxil olublar.

Chosen
18
3
operativmm.az

4Sources