Avropa İttifaqı (Aİ) Şurası Bolqarıstan və Rumıniyanın Şengen Sazişinə qoşulmasını təsdiqləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.
“Aİ Şurası 2025-ci il yanvarın 1-dən Rumıniya və Bolqarıstanın Şengen zonası ilə quru sərhədlərində nəzarətin ləğvini təsdiqləyib”, - sənəddə qeyd edilir.
2024-cü ilin martında Bolqarıstan və Rumıniya hava və su nəqliyyatında pasport nəzarətini ləğv edərək Şengenə qismən daxil olublar.