EN

11 ayda 26,5 milyon ton neft

Bu ilin yanvar–noyabr ayları üzrə operativ məlumatlara əsasən, ölkəmizdə 26,5 milyon ton neft (kondensat ilə birlikdə) hasil edilib. Bu barədə XQ-yə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hasilatın 15,4 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun 3,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,52 milyon tonu (kondensat) isə “Abşeron” yatağının payına düşüb. Hesabat dövründə SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 6,8 milyon ton təşkil edib.

Cari ilin noyabr ayında ölkə üzrə orta gündəlik neft hasilatı 80 min 771 ton təşkil edib. Bunun isə 65 min 885 tonu xam neftin, 14 min 886 tonu orta gündəlik kondensat hasilatının payına düşüb.

Yanvar–noyabr aylarında Azərbaycandan 22,2 milyon ton neft (kondensat ilə birlikdə) ixrac olunub. Bunun da 19,2 milyon tonu konsorsiumların, 3 milyon tonu isə SOCAR-ın payına düşüb.

Nazirliyin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında ölkə üzrə 5,5 milyon ton neft emal olunub.

Chosen
24
18
xalqqazeti.az

10Sources