EN

Nensi Pelosi xəstəxanaya yerləşdirildi

ABŞ Konqresinin Nümayəndələr Palatasının 84 yaşlı keçmiş spikeri Nensi Pelosi Konqresin nümayəndə heyəti ilə Lüksemburqa səfəri zamanı xəsarət alıb və hazırda yerli xəstəxanada tibbi müayinədən keçirilir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, zədəsi səbəbindən o, nümayəndə heyətinin qalan planlaşdırılan tədbirlərində iştirak edə bilməyəcək.

Mətbuat açıqlamasında Pelosinin Birləşmiş Ştatlara qayıtmağı səbirsizliklə gözlədiyi bildirilib.

Chosen
47
14
bakivaxti.az

10Sources