EN

​İsrail daha bir ölkədə səfirliyini bağladı

İsrail Xarici İşlər Nazirliyi İrlandiyadakı səfirliyi bağlamaq qərarını açıqlayıb.“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti xarici işlər naziri Gideon Saarın bəyanatına istinadən məlumat yayıb.Gideon Saar bu qərarın İrlandiya hökumətinin anti-İsrail siyasəti ilə əlaqədar qəbul edildiyini bildirib.
"İrlandiyanın həyata keçirdiyi antisemitizm hərəkətləri və ritorikası ikili standartlara əsaslanır. İrlandiya İsraillə münasibətlərdə bütün qırmızı xətləri keçib", - bəyanatda deyilir.

Xatırladaq ki, ötən həftə İrlandiya hökuməti İsraili Qəzza zolağında “soyqırım”da ittiham edərək Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldıran Cənubi Afrika Respublikasını dəstəkləyib.

Chosen
20
10
metbuat.az

10Sources