EN

TÜRKİYƏ RAQQADA ƏMƏLİYYATA BAŞLAYIR - PKK tam MƏHV EDİLƏCƏK!

Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu (SMO) qüvvələri Suriyanın şimalında yerləşən və hazırda YPG  terror təçkilatının (PKK-nın Suriya qolu) nəzarətində olan Rəqqa vilayətini azad etmək üçün əməliyyata hazırlaşır.

Bu barədə haqqin.az ı xəbər verib.

Məlumata görə, əməliyyat Türkiyə ilə koordinasiya çərçivəsində hazırlanır və YPG yerror təçkilatının bölgədəki fəaliyyətlərinin tamamilə dayandırılmasını hədəfləyir. Türkiyə mediası da əməliyyatın yaxın günlərdə başlanmasının mümkün olduğunu yazır.

Türkiyə YPG terror təşkilatının Fərat çayının şərqindən tamamilə sıxışdırılmasını strateji prioritet hesab edir. Ankara dəfələrlə bu bölgədə təhlükəsiz zona yaratmağı və qaçqınların öz evlərinə qayıtmasını təmin etməyi hədəflədiyini bəyan edib.

Hazırda Rəqqa vilayəti əsasən YPG/ PKK terror təşkilatının nəzarətindədir və burada ABŞ-ın da dolayısıyla dəstək verdiyi kürd qüvvələri yerləşir. Əgər əməliyyat başlayərsa, bu, Suriya ərazisində yeni gərginlik ocağına çevrilə bilər.

Türkiyə mediasının məlumatına görə, bölgədə hərbi texnika və canlı qüvvənin cəmləşdirilməsi artıq intensivləşib və əməliyyat planları yekunlaşmaq üzrədir.

Chosen
28
1
azpolitika.info

10Sources