EN

“Meşə qatili” Qafar Dəmirçinin apellyasiya şikayəti RƏDD EDİLDİ 

  “Plazalar kralı” kimi tanınan iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçinin apellyasiya şikayəti təmin edilməyib.

Məhkəmə onun barəsində seçilmiş 3 aylıq həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.

Qafar Dəmirçi Şəki rayonunda meşəlik ərazilərdə qanunsuz ağac kəsməklə təbiətə təxminən 8 milyon manat ziyan vurmaqda ittiham olunur.

Onun rəhbərlik etdiyi “Monte Ferro” şirkətinin əməkdaşları ilə birlikdə Cinayət Məcəlləsinin 259.3-cü maddəsi (ağacları kəsmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) ilə cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilən Dəmirçiyə əlavə ittihamların irəli sürüləcəyi gözlənilir.


Chosen
25
2
referans.az

10Sources