EN

NTD klubunun baş məşqçisi: "Öz üzərimizdə işləməyə davam etməliyik"

Öz üzərimizdə işləməyə davam etməliyik.

"Far.Az"un məlumatına görə, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev "Naxçıvan"a qarşı Azərbaycan Basketbol Liqasının VII turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:

“Çətin bir matç oldu. Əsas heyət üzvlərimizdən Akbər Məmmədov bu oyunu buraxırdı. Əvəzində Məhəmməd Hüseynli özünü yaxşı tərəfdən göstərdi. Eyni zamanda Murad Babayevə də inanıram. Onun daha yaxşı oynaya biləcəyini bilirəm. Belə qarşılaşmalar gənc oyunçular üçün çox önəmlidir. Öz üzərimizdə işləməyə davam etməliyik. Növbəti oyun "Neftçi"yə qarşı olacaq. Yenə də Akbərsiz oynayacağıq".

Qeyd edək ki, NTD - "Naxçıvan" qarşılaşması birincilərin 95:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Chosen
23
2
far.az

3Sources