EN

"Həyat Təhrir əş-Şam” faktiki olaraq terror təşkilatı deyil - AK Partiya sözçüsü

Bakı. Trend:

Hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü ÖmərÇelik “Həyat Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının faktiki olaraqterror təşkilatı olmadığını bəyan edib.

Trend xəbər verirki, Ömər Çelik bu barədə mətbuat konfransında çıxış edərəkqruplaşmanın Avropa İttifaqı ilə əlaqələr qurduğunu və hazırdaterror təşkilatları siyahısında yer alsa da, bunun dəyişəcəyinivurğulayıb.

“Qruplaşmanın lideri Əbu Məhəmməd əl-Culani Avropa İttifaqı vədigər tərəflərlə əlaqələr qurub. “Həyat Təhrir əş-Şam”ın terrortəşkilatları siyahısından çıxarılması mümkündür, çünki o, artıqfaktiki olaraq terror təşkilatı deyil,” - deyə Çelik bildirib.

Çelik həmçinin qeyd edib ki, ötən həftə Türkiyənin MilliKəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriyanınpaytaxtı Dəməşqdə Əbu Məhəmməd əl-Culani ilə görüş keçirib.

Bu açıqlama regionda təhlükəsizlik və terrorla mübarizəmövzusunda yeni müzakirələrə səbəb olub.

Chosen
45
3
az.trend.az

6Sources