EN

Ukrayna təslim olmaq və ya müharibəni dondurmaq istəmir - Zelenksidən Trampa MESAJ

Image

“Le Parisien”ə müsahibə verən Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada müharibənin dayandırılması barədə fikirlərini açıqlayıb. V. Zelenski müsahibə zamanı bəyan edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yaxşı bilir ki, Ukrayna təslim olmaq və ya müharibəni dondurmaq istəmir. Eyni zamanda, Tramp ölkəmizdəki münaqişə məsələsinin həlli üçün tez hərəkətə keçmək istəyir. SİTAT "Tramp mənim Ukraynanın ziyanına heç bir yerə tələsməmək istəyimi bilir. Ölkə uzun müddətdir öz suverenliyi üçün mübarizə aparır. Nə qədər prezident və ya baş nazir müharibənin bitdiyini elan etmək istəsə də, biz getməyəcəyik. Sadəcə təslim olmaq və müstəqilliyimizdən imtina etməyəcəyik. Təhlükə ondan ibarət olar ki, biz müharibəni donduraq və ruslarla razılığa gələk”, - deyə Zelenski əlavə edib.

Zelenski vurğulayıb ki, Tramp müharibənin həlli istiqamətində çox sürətlə hərəkət etmək istəyir. Bununla belə, onun ehtiyac duyduğu bütün məlumatları hələ əldə etmək imkanı yoxdur. “Hazırda Tramp hələ Ağ Evdə deyil və bütün məlumatlara çıxış əldə edə bilməz - kəşfiyyat, Müdafiə Nazirliyi, müəyyən diplomatik kanallar və sair məlumatlar”, - deyə Ukrayna Prezidenti bildirib.

Mətləb Salahoiv






Chosen
3
6
baki-xeber.com

5Sources