EN

Azərbaycan regionlarında həkim ÇATIŞMAZLIĞI

Azərbaycan regionlarında ciddi həkim çatışmazlığı var.

Modern.az-ın məlumatına görə, bunu bunu TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov bildirib.

O, Bakıda keçirilən “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində bu barədə danışıb. Araz Nəsirovun sözlərinə görə, həkimlərin 60-70 faizi son 4-5 ildə Bakıda cəmlənib.

TƏBİB-in icraçı direktorunun müavini problemin həlli yollarından da bəhs edib. O qeyd edib ki, regionlarda bu problemi həll etmək üçün ürək mərkəzləri, onkoloji mərkəzlər yaradılıb və məqsəd səhiyyəni əhali üçün əlçatan olmalıdır.

O qeyd edib ki, bütün yaxşı, üçüncü səviyyəli səhiyyə xidmətinin Bakıda yerləşməsi fikri yanlışdır:

"Düzdür, səhiyyə sistemində müəyyən problemlər var, amma son 4-5 ildir mövcud nöqsanların aradan qaldırılması istiqamətində böyük addımlar atılır".

Chosen
3
1
modern.az

10Sources