EN

TƏBİB: Həkimlərin 60-70 faizi paytaxtda cəmlənib

"Regionlarda ciddi həkim çatışmazlığı var".

Bakupost.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində "Dayanıqlı səhiyyə İdarəetməsi" adlı panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, son 4-5 ildə həkimlərin 60-70 faizi paytaxtda cəmlənib.

Araz Nəsirov, həmçinin qeyd edib ki, regionlarda bu problemi həll etmək üçün ürək mərkəzləri, onkoloji mərkəzlər yaradılıb və məqsəd səhiyyəni əhali üçün əlçatan etməkdir.
Chosen
8
6
bakupost.az

10Sources