EN

Türkiyə Suriyadakı Rusiya sistemlərini bu cür iflic edib

Türkiyənin elektron döyüş sistemləri Suriyada Əsəd rejiminin hərbi telekommunikasiyalarının zərərsizləşdirilməsinə böyük töhfə verib.

Axar.az xəbər verir ki, belə bir iddianı Fransanın kəşfiyyat məlumatları ilə bağlı təhlillər aparan “İntelligence Online” nəşri irəli sürüb.

İddiaya görə, Əsəd rejimi qüvvələrinin əsas komanda mərkəzlərini hədəf alan bu əməliyyatlar bir neçə gün davam edib və rejimin kommunikasiyalarını iflic etmək məqsədi daşıyıb.

Əməliyyatlar Türkiyəyə məxsus “Milkar-4A2” radioelekton mübarizə vasitəsi və “İlgar Mobil” V/UHF Elektron hücum sistemi vasitəsilə həyata keçirilib.

Qeyd olunub ki, sözügedən sistemlərin birgə fəaliyyəti ilə iflic vəziyyətə düşən rejim ordusu nə baş verdiyini bilmədiyi üçün əks-hücumlara keçə bilməyib.

Məlumata görə, Türkiyə tərəfi Rusiyanın müdafiə sənayesi şirkəti olan “Rostek”in müxtəlif törəmə şirkətləri tərəfindən istehsal olunan “Araxis” və “Azart” kimi radioelekton sistemləri hədəf alıb.

Chosen
27
3
axar.az

10Sources