EN

Aİ Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentinin plenar iclasında bildirib.

"Keçən həftə biz 15-ci sanksiya paketini qəbul etdik. Bu paket Rusiyanın "kölgə donanması"na qarşı tədbirləri və sanksiyalardan yayınma ilə mübarizəni əhatə edir. 16-cı paket hazırlanır", - o qeyd edib.

Chosen
7
10
azpolitika.info

10Sources