EN

Tramp: Kanada ABŞ-a qoşulsa, vergilərə və müdafiəyə qənaət edə bilər

Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın ABŞ-a 51-ci ştat kimi qoşulmasını yenidən müzakirəyə çıxarıb.

HİT.az xəbər verir ki, onun sözlərinə görə, o, bunun vergi və müdafiə sahəsində kanadalılara əhəmiyyətli qənaət üçün üstünlük ola biləcəyi deyib.

Trampın sözlərinə görə, amerikalıların qonşu ölkələrinə niyə hər il 100 milyard dollardan çox subsidiya verdiklərinə heç kim cavab verə bilməz. "Bir çox kanadalı Kanadanın ABŞ-ın 51-ci ştatı olmasını istəyir. Məncə, bu əla ideyadır. 51-ci ştat!", deyə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

Dekabrın 3-də Tramp Kanadanın baş naziri Castin Trüdo ilə görüşü zamanı onu hədələyib ki, əgər ölkə qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı problemini həll etməsə, Kanada Amerika dövlətinə çevrilə bilər. Bir neçə gün sonra Tramp Kanada və Meksikanı bu ölkələrə subsidiya vermək əvəzinə ABŞ-a qoşulmağa dəvət edib.

Bir gün əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Kanadanı "böyük ştat", baş nazir Trüdonu isə qubernator adlandırıb.

Samir
 

Chosen
34
1
hit.az

2Sources