EN

ABŞ həbsxanasında zorakılığa məruz qalan qadınlar 115 milyon dollar alacaq

ABÅž Federal HÉ™bsxanalar Bürosu Kaliforniya islah müəssisÉ™sindÉ™ hÉ™bsdÉ™ olarkÉ™n cinsi vÉ™ fiziki zorakılığın qurbanı olmuÅŸ 100-dÉ™n çox qadına 115 milyon dollar ödÉ™yÉ™cÉ™k. 

Qaynarinfo xəbər verir ki, "The Guardian"ın keçmiş qadın məhbusların vəkillərinə istinadən verdiyi məlumata görə, bu, Federal Həbsxanalar Bürosuna verilən ən böyük təzminatdır.

Oklend yaxınlığında yerləşən Dublin Federal Penitensiar müəssisəsi ilk qadın məhbuslarını 1974-cü ildə qəbul edib. Müəssisə pis reputasiyası ilə tanınıb və məhbuslar özləri onu zorlayanlar klubu adlandırılıb. Çoxlu sayda məhbusların personal və mühafizəçilər tərəfindən zorlanması faktları qeydə alınıb. Qadınlar illərlə zorakılığa məruz qala bilərlər.

Bunu ictimaiyyətə bildirməyi bacaran qadınlar daha sonra xüsusilə mürəkkəb zorakılığa məruz qalıblar. Azadlığa çıxan onlarla qadın hüquq müdafiəçilərinin dəstəyi ilə həbsxanaya baxış keçirməyə nail olub və istintaq bütün faktları təsdiqləyib. Bütövlükdə ABŞ-da qadın həbsxanalarında zorakılıqla bağlı hesabat 2022-ci ildə Senatda təqdim edilib. 2024-cü ilin aprelində Dublin həbsxanası bağlanıb.

Federal Həbsxanalar Bürosu, ABŞ səlahiyyətliləri tərəfindən iddiaların həllinin bir hissəsi olaraq, agentliyin xarici nəzarətə tabe olacağı və mütəmadi olaraq davam edən pozuntular haqqında hesabatlar dərc edəcəyi, keçmiş məhbuslara psixoloji yardım göstərəcəyi müqavilənin şərtlərini qəbul edib, təkadamlıq kameralardan istifadənin məhdudlaşdırılması və s.

Aydın

Chosen
12
50
qaynarinfo.az

10Sources