EN

Liftdə hamilə qadına hücum etdi

Rusiyanın Sankt-Peterburq şəhərində  qonşusu tərəfindən döyülən hamilə qız uşaq salmaq təhlükəsi ilə xəstəxanaya yerləşdirilib.

 

Oxu24.com xəbər verir ki, bu barədə 78.ru telekanalı məlumat yayıb.

 

Telekanalın məlumatına görə, hadisə Korolev prospektindəki evlərdən birinin girişində baş verib. Qadın liftdə hamilə qonşusuna hücum edərək, saçından tutub  və üzünə vurub.

Nəticədə 19-20 həftəlik hamilə olan zərərçəkmiş uşaq düşmə təhlükəsi ilə tibb müəssisəsinə aparılıb. Ona başın yumşaq toxumalarında əzmə diaqnozu qoyulub və sonra evə göndərilib.

Qız polisə ifadə yazıb. 

Nigar

Chosen
3
12
oxu24.com

10Sources