İsrail aviasiyası Yəmənə hava zərbələri endirib.
Axar.az xəbər verir ki, bu barədə “Əl Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, Əs-Salif limanına hava hücumu zamanı 7 nəfər ölüb.
Əl-Hudeyda əyalətinin Ras İsa bölgəsindəki neft obyektinə hava hücumları nəticəsində daha iki nəfər həlak olub.
İsrail ordusu da Yəmən ərazisində husilərin hərbi hədəflərinə hava zərbələri endirdiyini təsdiqləyib.