EN

Pentaqon Çinin nüvə gücünə dair hesabat yaydı

Çinin 600-dən çox nüvə başlığı var və 2030-cu ilə qədər onun arsenalı 1 min ədədi keçəcək.

Turkustan.azYenisabah.az-a istinadən xəbər verir ki, bu Pentaqonun Çinin döyüş gücünə dair yeni illik hesabatında (China Power Report) əks olunub.

Çinin hazırda malik olduğu nüvə başlıqlarının sayı 2024-cü ilin ortalarına kimi verilir. Keçən ilki hesabatda Çinin 500-dən çox nüvə başlığı olduğu bildirilirdi.

"Müdafiə Nazirliyi 2024-cü ilin ortalarına kimi ÇXR-in 600-dən çox operativ nüvə başlığına malik olduğunu təxmin edir. Nazirlik Çinin 2030-cu ilə qədər 1000-dən çox operativ nüvə başlığına sahib olacağını və 2035-ci ilədək ən azı öz qüvvələrini genişləndirməyə davam edəcəyini proqnozlaşdırır”, - hesabatda deyilir.

“Çin yeni qitələrarası ballistik raketlər (ICBM) hazırlayır ki, bu da öz nüvə raket gücünü əhəmiyyətli dərəcədə təkmilləşdirəcək və nüvə başlıqlarının istehsalının artırılmasını tələb edəcək”.

Chosen
4
4
turkustan.az

7Sources