Mümkün sülh danışıqları zamanı Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikasının sayının azaldılması şərti ilə razılaşmayacağıq.
Bakıvaxtı.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Vladimir Zelenski bildirib.
O əlavə edib ki, əsas məqsəd ordunun Avropanın güclü və nəhəng ordusuna çevirməkdən ibarətdir.
Zelenski ölkəsinə sülhməramlı missiyanın cəlb olunması ideyasından da danışıb:
"Orduda məhdudlaşma həyata keçirməyə ixtiyarımız yoxdur. Ölkəmizin təhlükəsizliyinin təminatına aparan ən uğurlu yol NATO-ya üzvlük məsələsinin həll olunması, habelə Rusiyaya qarşı sanksiya siyasətinin davam etdirilməsindən keçir. Mən eyni zamanda ölkəmizə sülhməramlıların gətirilməsi məsələsini də dəstəkləyirəm” – deyə, V. Zelenski qeyd edib.